Kredit mütəxəssisi
Kredit Evi ASC Bakı Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Kredit Evi” ASC şəhər və region filialları üçün təcrübəli və hazır portfeli olan Kredit Mütəxəssisləri üçün yüksək gəlirli vakansiya elan edir.

Bu vakansiya satış bacarığı güclü, nəticəyönümlü və qısa zamanda karyera yüksəlişi hədəfləyən peşəkarlar üçün nəzərdə tutulub.

Əsas vəzifələr:

Mövcud portfelin idarə edilməsi və genişləndirilməsi;

Yeni müştərilərin aktiv şəkildə cəlb edilməsi;

Kredit müraciətlərinin qəbul edilməsi və rəsmiləşdirilməsi;

Kredit portfelinin sağlam formalaşdırılması;

Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Təklif etdiyimiz əmək şəraiti:

Aylıq əməkhaqqı: Razılaşma yolu ilə (portfel və təcrübəyə uyğun yüksək təklif imkanı);

Limitsiz qazanc imkanı yaradan yüksək bonus sistemi;

Qısa müddət ərzində rəhbər vəzifəsinə yüksəlmək şansı (performansa əsasən sürətli karyera inkişafı);

Müasir və peşəkar iş mühiti;

Daimi inkişaf və geniş karyera perspektivləri.

Tələblər

Kredit sahəsində minimum 1 il təcrübə;
Hazır müştəri portfeli (üstünlük verilir);
Güclü satış və ünsiyyət bacarığı;

Kredit qiymətləndirmə və rəsmiləşdirmə proseslərini bilmək;

Aktiv, məsuliyyətli və hədəf yönümlü olmaq.

Müraciət qaydası:

Şəkilli CV-lərinizi [email protected] elektron ünvanına göndərin.

Mövzu (Subject) hissəsinə mütləq şəkildə yazın:“Təcrübəli Kredit Mütəxəssisi – (müvafiq region)”

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

Ümumi məlumat
Əlavə edilib: 15-01-2026
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı