Vəzifə öhdəlikləri:
- Müştərilərin istək və ehtiyaclarını ünsiyyət əsasında müəyyən etmək
- Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün lazımi səy göstərmək
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Rəsmi və ya korporativ sorğuları e-mail vasitəsilə cavablamaq
- Müştərilərə mallar haqqında ətraflı və doğru məlumat vermək
- Zavodda və ya müştəri ofisində korporativ satış məqsədli görüşlərdə iştirak etmək
- Qiymət təklifinin hazırlanması üçün sorğunu digər satış mütəxəssisinə yönləndirmək
- Sifarişə əsasən Stokdan malın satışa hazırlanmasını təmin etmək, əgər mal stokda yoxdursa istehsal rəhbərinə sorğu keçmək
- Sifariş əsasında malların anbardan çıxarılmasını, daşınmasını və çatdırılmasını təmin etmək
- Təhvil verilən malın ödənişinin olub-olmamasını mühasibatlıqla dəqiqləşdirmək
- Müştəri sifarişinə əsasən təhvil verilməli malın təhvil tarixini istehsal rəhbəri ilə dəqiqləşdirmək
- Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmək
- Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq
- Saytdan, sosial şəbəkədən gələn zənglərin cavablandırılması
- Müştəri ehtiyacını araşdırıb istəklərinə uyğun təklif vermək
- Satış rəhbəri ilə məsləhətləşərək soyuq satış zəngləri edərək görüş almağa çalışmaq
- Təhvil-təslim aktlarını müştəriyə və mühasibatlıqa vermək
- Müştəriyə göndəriləcək malların düzgünlüyünü, etiketlərini, miqdarını və s. yoxlamaq
- Müştəri istəyinə əsasən malın hansı tipdə nəqliyyatla daşınmasını dəqiqləşdirmək
- Müştərilərin borcunun çoxalmamasına nəzarət etmək
- Xüsusi hallarda tələb az olan və ya istehsalı çətin olan malları istehsalının mümkünlüyünü laboratoriya ilə dəqiqləşdirmək
- Aylıq və illik hesabatların hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Rəhbər tərəfindən sahə üzrə tapşırılan digər işləri görmək
- İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: fiks 525 manat+ rüblük bonus
Cinsi- ancaq qadın namizədlər
Təhsil tələbləri: Bakalavr
Staja dair tələb:
- Ən azı 1 il (tikinti və energetika mallarının satışı sahəsində çalışmaq üstünlükdür)
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Outlook
- 1 C
Dil bilikləri:
- Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.
Qeyd olunan tələblərə uyğun xanım namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə "Kiçik korporativ satış mütəxəssisi" yazaraq göndərmələri xahiş olunur.