IT Təhlükəsizliyi üzrə mütəxəssis
RabitəBank Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifələr:

İnsidentlərin aşkarlanması və analiz olunması;
Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;
Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsini həyata keçirmək;
İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi;
Elektron imzaların təmzinlənməsini həyata keçirmək.

Tələblər

Namizədə olan tələblər:

Ali təhsil;
İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
Endpoint Security və Embedded Systems Security üzrə biliklər;
Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;
DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər,Vulnerability Scanners (Nessus, Rapid7, Openvas) üzrə biliklər;
Verilənlər bazası, web servislər və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;
Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək.
Linux ƏS üzrə biliklər;
Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 06-05-2021
Əmək haqqı: 900 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı