Müəssisənin struktur bölmələrində yaranan hüquqi suallar və məsələlərin araşdırılması və konsultasiya verilməsi;
Müəssisənin əmək siyasətini hüquqi müstəvidə istiqamətləndirmək və mükəmməlləşdirmək;
Müəssisə tərəfindən bağlanılan müqavilələrin tərtibatında iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək;
Müəssisənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq daxili aktların layihələrinin hazırlanması və struktur bölmə rəhbərləri arasında razılaşdırılması;
Məhkəmələrdə və digər dövlət orqanları qarşısında müəssisənin maraqlarının təmsil edilməsi üçün zəruri sənədlərin hazırlanması;
Müəssisə tərəfindən göstərilən xidmətlər üzrə daxil olan məktub, ərizə, müraciət və pretenziyalara müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması və s.
Təhsil – Ali (Hüquq sahəsində), bakalavr dərəcəsi
İş stajı – minimum 1 il, hüquq sahəsində praktiki təcrübə
Dil biliklər: Rus (əla), İngilis (yaxşı)
Kompüter bilikləri: Microsoft Office proqramları
Yüksək qavrama, yaradıcı yanaşma və öyrənmə qabiliyyəti;
İşində dəqiqlik, punktuallıq və detallara fikir vermə qabiliyyəti;
Araşdırma bacarığı və analitik düşüncə;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi (xüsusi olaraq: mülki, mülki-prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq);
Kargüzarlıq işinin əsaslarını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi və s.