Energetik
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti Energetik vakansiyanı elan edir.

İşin təsviri:

§ Müxtəlif güclü yarımstansiyaların layihələndirilməsi;

§ Elektrik transformatorların, mühərriklərin, generatorlarının və digər enerji qurğularının istismarı və texniki xidməti;

§ Elektrik güc dövriyyəsinin hesablanması;

§ Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;

§ Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;

§ Mövcud olan elektrik yarımstansiyaların istismarı və texniki xidməti;

§ Enerji qurğu və avadanlıqlarının təmirini həyata keçirmək;

§ Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;

§ Elektrik qurğularının quraşdırılması qanunları üzrə biliklər.

Əmək haqqı:

§ Razılaşma yolu ilə.

 

İş şəraiti:

§ AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

§ İş qrafiki-6 günlük,

§ Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək;

§ Şənbə günü saat 08:00-dan 13:00-a dək;

§ Servis xidməti mövcuddur;

§ Nahar şirkətdə verilir.

§ İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu.

Şəxsi keyfiyyətləri:

§ Fikrini izah etmək qabiliyətli;

§ Ünsiyyət qurmaq bacarıqlı;

§ Fəal olması;

§ İşə planlı yanaşması.

Qeyd:

§ Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.

§ Əlaqə nömrəsi: 050-208-66-95.

Tələblər

Tələblər:

§ Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.

§ Analoji sahədə ən azı 2 il iş təcrübəsi;

§ Elektrotexnikanın əsaslarını bilməlidir;

§ Tələb olunan bilik, bacarıq və səriştələr;

§ Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;

§ Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;

§ Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;

§ Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;

§ Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri – yaxşı;

§ Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Ümumi məlumat
Əlavə edilib: 03-08-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı