SÜRÜCÜ YANINDA EKSPEDİTOR
Ə/H – 700-800 AZN
(Sürücü yanında ekspeditor tapmaq üçün tələblər)
Şirkət haqqında məlumat: “Koroğlu” MMC 1992-ci ildə Azərbaycan Respublikası ərazisində qənnadı məhsullarının distribusiyasını həyata keçirən şirkət olaraq yaranmışdır. "Koroğlu" MMC artıq 30 ildən çoxdur ki, Azərbaycan bazarında ən geniş qənnadı məmulatlar portfelinə malik olan şirkət kimi fəaliyyət göstərir
Öhdəliklər:
-Məhsulların Anbardan sifariş qaiməsi (Təhvil-Təslim Aktı) əsasında təhvil alınması, yerində yoxlanılması;
-Məhsulların marşrut xəritəsinə uyğun olaraq yük maşınlara yığılması və ünvana çatdıqda boşaldılması;
-Məhsulların Təhvil-Təslim Aktı əsasında müştəriyə (Satış nöqtəsinə) təhvil verilməsi;
-Satışdan qaytarılan məhsulların müştərilərdən qaimə üzrə təhvil alınması və Şirkətin anbarına təhvil verilməsi.
Tələblər:
-Cinsi – Kişi
-Təhsil – orta
-Rus dilini (kiril elifbasını) bilənlərə üstünlük verilir.
-Danışıq qabiliyyəti, mədəniyyət, cəld qərar vermək və fəallıq.
-Dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
-Yüksək məsuliyyət, diqqətcil olmaq;
-Yaş həddi 25-40 yaş arası;
İş şəraiti:
-İş qrafiki: saat 08:00 – 17:00; (şənbə günü qısa iş günü)
-İstirahət vaxtı həftədə 1 gündür, bazar günü;
-Sabit əmək haqqı (FİX) – 400 AZN ( Bonus sisteminə əsasən 400 AZN-dək əlavə əmək haqqı hesablanılır );
-Ödənişli məzuniyyət;
-AR əmək məcəlləsinə uyğun sənədləşmə
-Karyera yüksəlişi imkanı mövcuddur.
- Uyğun namizədlər [email protected] elektron ünvananına mövzu hissəsində “Sürücü yanında ekspeditor” qeyd edilməklə CV yollanması; Əlaqə nömrələr: (055) 511-14-58 (whatsaap), (012) 425-16-47
