Ehtiyat hissələri üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

Ehtiyyat hissələri üzrə sorğuların cavablandırılması

Ehtiyat hissələrin və aksesuarların təchizatı ilə bağlı istehsalçılarla danışıqların aparılması

Ehtiyat hissələri üzrə analizlərin hazırlanması

Ehtiyat hissələri anbarı ilə mütəmadi əlaqə

Şirkətin təmsil etdiyi brendlərin ehtiyat hissələrinin qiymətlərini yerli və xarici bazarlarında araşdırılması

Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmalı, sifariş zamanı düzgün analiz aparmalı.

İstehsalçıların portalından istifadə etmək bacarığı

İstehsalçının zəmanət şərtləri və prosedurlarını bilmək.

Şirkətin ümumi qaydalarına müvafiq prosedurlar və şöbələr arası münasibətlər qurmaq

Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək və hesabatların hazırlanması

Ehtiyat hissələri üçün müştərilərə təkliflər hazırlamaq

Ehtiyat hissələri anbarının maksimum dövriyyəsini təmin etmək.

Satılmayan ehtiyat hissələrinin miqdarını azaltmaq üçün anbarın mütəmadi monitorinqini və tənzimlənməsini həyata keçirmək.

Geri qaytarılan və qarantiya üzrə dəyişdirilən ehtiyat hissələrinin lazımi şəkildə anbara yerləşdirilmə prosedurunu hazırlamaq.

Təmir üçün tələb olunan ehtiyat hissələrini vaxtında təmin edə bilmək

Tələblər

İş qrafiki:

6 günlük iş qrafiki.

Həftə içi 5 gün 09:00- dan 18:00-a qədərdir, Şənbə günü qısaldılmış iş günüdür. Bazar günü istirahət.

AR Əmək Məcəlləsinə uyğun müvafiq sənədləşmə

Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Requirements :
Tələblər:

Ali təhsil; (Gəncə Dövlət Aqrar Universitetini bitirənlərə üstünlük verilir)

İş təcrübəsi: Ehtiyat hissələrinin satışı sahəsində ən azı 3 illik iş təcrübəsinin olması

Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli

Ms. Office, “1C” proqramlarını yüksək səviyyədə bilməli

Məsuliyyətli və güclü analitiklik bacarığı

Yaş həddi 22-45;

Kişi namizədlərə üstünlük verilir.

Ümumi məlumat
Əlavə edilib: 19-01-2021
Əmək haqqı: 800 - 1000 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı