Dispetçer
Human Capital Baku Baku Transportation
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət haqqında: Əsas fəaliyyət sahəsi Qalaq Məhsulların Daşınmasıdır.
Vəzifə öhdəlikləri:
• Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərliyə məlumat vermək;
• Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
• Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
• Optimal marşrut xətlərinin hazırlanması və yüklərin doğru ünvana çatdırılmasını təmin etmək;
• Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirdən məsul şəxsə məlumat vermək;
• Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
• Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
• Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılması;
• Sürücülərin maarifləndirilməsi üçün (Nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında) təlim və tədrislərin təşkilini tələb etmək.

Tələblər

Tələblər:
• MS Office komputer proqramları üzrə istifadə bacarıqları;
• Avtomaşınların texniki xarakteristikasını bilməli;
• Texnikanın istismarı normativini bilməli;
• Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli;
• Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
• Orta texniki və ya peşə təhsilinin olması

Əlavə məlumat:
• İş yeri: Qaradağ rayonu
• İş yerinə çatdırılma və nahar təmin olunur

Ümumi məlumat
Əlavə edilib: 18-05-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı