Digital Product / Admin Manager
PROXY GROUP MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Tələblər

1. Məhsulun gündəlik idarə olunması (Admin tərəfi)

• Mobil tətbiqin admin panelində: o xəbər, elan, vakansiya, partnyor təkliflərinin əlavə edilməsi və yenilənməsi o tədbirlər və bloq məzmununun idarə olunması

• Statik səhifələrin (FAQ, Qaydalar və şərtlər, Haqqımızda və s.) aktuallığının qorunması

• İstifadəçi şikayət və sorğularının toplanması, qeydiyyatı və yönləndirilməsi 2. Partnyorlar və istifadəçilərlə kommunikasiya

• Banklar, sığorta şirkətləri, mağazalar və digər partnyorlarla kampaniyaların razılaşdırılması

• App üçün xüsusi təkliflərin strukturlaşdırılması (şərtlər, müddət, endirim forması və s.)

• Rəyləri toplamaq, sistemləşdirmək və inkişaf təkliflərinə çevirmək 3. Product management və texniki tapşırıq

• Mövcud funksionallıq üzrə problemləri və ehtiyacları analiz etmək

• Yeni funksiyalar üçün spesifikasiya və texniki tapşırıq hazırlamaq: o problem → məqsəd → istifadəçi ssenarisi → ekran tərtibatı (UI skec səviyyəsində) → acceptance criteria

• İnkişaf prioritetlərini müəyyən etmək və development komandası ilə koordinasiya

• Taskların idarəetmə sistemində (Jira / Trello / ClickUp və s.) açılması və izlənməsi 4. Analitika və reportinq

• İstifadəçi aktivliyinin izlənməsi (qeydiyyat, giriş, kliklər, kampaniya nəticələri və s.)

• Sadə dashboardlar və aylıq hesabatlar hazırlanması (Excel / Google Sheets vasitəsilə)

• Kampaniyaların performansının qiymətləndirilməsi və optimallaşdırma təklifləri

Ümumi məlumat
Əlavə edilib: 14-01-2026
Əmək haqqı: 800 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı