Baş Memar
"Reflect Architects" MMC Baku Architectural
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Layihə üzrə Baş Memar (LBM)

Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar (LBM) axtarırıq. Əgər sən həm layihənin texniki, həm də yaradıcılıq tərəflərinə rəhbərlik etməyi bacarırsansa, bu vəzifə sənin üçündür!

Vəzifələr:

• Memarlıq layihələrinin konseptual və texniki rəhbərliyi

• Layihə komandalarının idarə olunması və koordinasiyası

• Müştərilərlə görüşlərin həyata keçirilməsi və tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması

• İşçi layihələrin hazırlanmasında iştirak və nəzarət

• Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi

• Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması

• İcrada yaranan problemlərin analizi və həlli

Təklif edirik:

• 5/2 iş qrafiki
• İş saatları: 09:30 – 18:00

• Yüksək əmək haqqı

• Ölkə əhəmiyyətli layihələrdə rəhbərlik imkanı

• Peşəkar komanda və inkişaf yönümlü mühit

• Karyera yüksəlişi üçün açıq struktur və dəstək

? İş yeri: Bakı, Azərbaycan

? CV və portfolionuzu [email protected] ünvanına göndərə bilərsiniz. Başlıqda “Layihə üzrə Baş Memar (LBM)” yazmağı unutmayın.

Tələblər

• Memarlıq üzrə ali təhsil

• İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə

• AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və s. proqramlarda yüksək səviyyədə işləmək bacarığı

• Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi

• Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı

• Komanda idarəetmə və liderlik qabiliyyəti

• Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı

Ümumi məlumat
Əlavə edilib: 16-05-2025
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı