Baş anbardar
Caspian Cable Systems MMC Qobu Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

● Anbarın səmərəli şəkildə idarə olunmasını təmin etmək və ona birbaşa rəhbərlik etmək;

● Anbarda ən azı ayda bir dəfə olmaqla, inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;

● Tabelikdə olan anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;

● Mədaxil-məxaric sənədlərin tərtib edilməsinin və təhvil verilməsinin qaydalarına riayət etməsini və hesabatların aparılmasını təmin etmək;

● Xammalın və hazır məhsulun hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;

● Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə İstehsalat və, Kommersiya departamentinin direktorunu və eləcədə aid olduğu Satınalma və Logistika şöbəsinin müdirini vaxtında məlumatlandırmaq;

● Anbar əməliyyatlarını davamlı olaraq daxili ERP sistemində qeydiyyata almaq.

● Anbar qalığına nəzarət edilməsi

● Stok aut olan təsərrüfat mallarının təchizat şöbəsinə sifariş edilməsi

● Stok aut olan xammalın istehsalatla razılaşdırdıqdan sonra təchizata sifariş edilməsi

● Stokun müəyyən edilməsinin satış bölməsi ilə müzakirəsi

● Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək

Tələblər

● Biznesin idarə olunması və ya texniki sahədə ali təhsil;

● Müvafiq sahədə 3 - 5 il təcrübə;Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;

● ERP və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;

● Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus və ingilis dillərində mal-material kataloqları və terminologiyanı ilə işləmək bacarığı;

●Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;

● Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;

İş şərtləri:
● 5 günlük iş qrafiki/saat 08:00-dan 17:00-a qədər
● Əmək haqqı: 800-900 AZN
● İş yeri: Abşeron rayonu Qobu qəsəbəsi.
● Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş anbardar” yazaraq göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 22-07-2024
Əmək haqqı: 800 - 900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı