Baş Anbardar
United Sport Baku Retail
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə:

1. Anbara gələn məhsulların gəbulu, düzgün saxlanması və onların sorguya uyğun olaraq düzgün təşkili

2. Hər məhsulu öz yerinə, koduna və qablaşdırmasına uyğun olaraq yerləşdirməsinin heyata keçirir

3. Malın mağazalara vaxtında çatdırılması üçün lazım olan tədbirləri görmək

4. Bütün anbar üzrə məsuliyyət daşımaq, işçilərə nəzarət.

5. Gündəlik gələn məhsulların hesablamasını aparır və qalığı haqqında kateqoriya menecerinə məlumat verir

6. Anbarda səliqə-səhman yaratmalı və onu qoruyub saxlamalı

7. Anbarda Microsoft Office proqramında mövcüd olan bazanın gündəlik yeniləşdirilməsi, bazaya məlumatın düzgün daxil edilməsini həyata keçirir

8. İşçi inventarizasiya zamanı iştirak etməli və öz bölməsində malın miqdarını, mağazaya verilən məhsulun və alınan məhsulun hesabatını bilməli

9. Kateqoriya menecerinin tapşırıqlarını yerinə yetirmək

10. Online sifarişlərin hazırlanmasında, tərtibində iştirak etmək

Tələblər

1. Cinsi: Kişi

2. Yaş həddi 20-45 arası

3. Ali təhsilli

4. Azərbaycandili biliyi (Rus və ingilis dillərini biliyi üstünlükdür)

5. Ofis proqramlarında işləyə bilmə bacarığı

6. B,C kateqoriyalı sürücülük vəsiqəsi

7. Mövcud vəzifə üzrə 1-3 il təcrübə

8. Məsuliyyətli

İş şəraiti:

• Əmək haqqı başlanğıc olaraq 600 azn təşkil edir

• 1 ay sonra əmək haqqı 800 azn təşkil edəcək.

• İş qrafiki 6 günlük iş rejimi

• Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar

• Anbar Ulduz metrostansiyası yaxınlığında yerləşir.

Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına "Baş anbardar" başlığı ilə göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 17-05-2022
Əmək haqqı: 600 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı