Vakansiya: B2B Satış Meneceri – Hospitality Tech (Nextech PRO MMC)
İş yeri: Bakı, Azərbaycan (ezamiyyət imkanları mövcuddur)
İş rejimi: Tam ştat
Hesabat verir: Satış üzrə rəhbər şəxs və ya CEO-ya
Şirkət haqqında
Nextech PRO MMC – otel və restoran biznesi üçün nəzərdə tutulmuş qabaqcıl texnoloji ekosistemdir. Platformamız qlobal həllərlə rəqabət aparmaq gücünə malik olmaqla, rezervasiyadan analitikaya, resepsiyondan restoran əməliyyatlarına qədər bütün prosesləri avtomatlaşdırır. Ekosistemə daxildir:
• Property Management Solution – istənilən səviyyədə otellərin idarə olunması sistemi
• Restaurant Management Solution – tam funksional restoran idarəetmə sistemi (ön və arxa sektorlar)
• Guest Relations Management Solution – müştəri münasibətlərinin idarə olunması sistemi
Hazırda biz Nextech PRO-nun Azərbaycanda və perspektiv olaraq digər MDB və Yaxın Şərq ölkələrində tanıdılması və satışının artırılması məqsədilə təcrübəli B2B Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
• Otel və restoran sahəsində (HoReCa) potensial müştərilərin aktiv şəkildə axtarışı
• Nextech PRO ekosisteminin təqdimatı və canlı demo nümayişlərinin təşkili
• Danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması
• Yerli və regional bazarlarda müştəri portfelinin genişləndirilməsi
• Sərgilər, konfranslar və sənaye tədbirlərində şirkəti təmsil etmək
• Satış planının icrası və dövri hesabatların təqdim edilməsi
• Gələcəkdə yeni satış təmsilçilərinin komandaya cəlb edilməsi və bu komandanın rəhbərliyini həyata keçirmək – həm tələb, həm də karyera inkişafı imkanı kimi nəzərdə tutulur
Tələblər:
• B2B satış sahəsində minimum 2 il iş təcrübəsi (otel, restoran və ya bu sektora yönəlmiş IT həllərində təcrübə üstünlükdür)
• Otel və restoran sahəsinin daxili iş prosesləri üzrə biliklər – üstünlükdür
• Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları
• İdarəçilər, sahiblər və digər qərarverici şəxslərlə effektiv kommunikasiya qurmaq bacarığı
• Ezamiyyətlərə hazır olmaq (ölkə daxilində və xaricdə)
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
• İngilis dilində sərbəst ünsiyyət qura bilən namizədlərə üstünlük verilir
Biz təklif edirik:
• Rəqabətədavamlı əməkhaqqı və satışa bağlı bonus sistemi
• Böyük bazar potensialına malik innovativ məhsul portfeli
• Sürətlə inkişaf edən texnoloji layihədə karyera yüksəlişi və rəhbərlik imkanları
• Peşəkar və motivasiyalı komandada dinamik iş mühiti
• Rahat iş qrafiki və beynəlxalq tədbirlərdə iştirak şansı
