Vəzifənin adı: Aviakassir
Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif istiqamətlərdə fərdi və ya qrup turlarının hazırlanması;
- Otel bronlaşdırması;
- Aviabilet bronlaşdırılması;
- Səyahət sığortası bronlaşdırılması;
- Gələn sorğuların operativ şəkildə cavablandırılması;
- Bazar tələbinə və sezona uyğun turpaketlərin ve qaynar turların hazırlanıb SMM (Reklam) qrupuna ötürülməsi;
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Aviabilet bronlaşdırılması (AMADEUS,GALILEO)
- Aviabilet bronlaşdırma sistemləri ilə əla işləmə bacarığı;
- Gündəlik satışlar üzrə hesabatlar aparmaq və onları qüsursuz şəkildə müvafiq məlumat bazasına daxil etmək.
- Hava yolları barədə geniş təcrübə( uçuş istiqamətləri, tarif qaydaları və baqaj məlumatları)
- Bütün növ biletləri dəyişdirmək və ləğv etmək.
Vəzifəyə dair tələblər:
- Turizm sektorunda Aviakassir olaraq ən azı 2 il iş təcrübəsi
- Sosial şəbəkələrdə sorğuların vaxtında və rəsmi şəkildə cavablandırılması.
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
Əmək qanunvericiliyinə əsasən sənədləşmə:
İş saatları: 10:00–19:00 və ya 09:00-18:00; Şənbə günü: 11:00-16:00
İstirahət günü - Bazar günü
Əmək haqqı: 1000 + əlavə satışdan bonus.
CV-lərinizi " Aviakassir " başlığı altında [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.