Alış Meneceri
AzəriMed QSC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

· Xarici bazardan dərman preparatları, qida əlavələri, kosmetik vasitə və.s. alışının həyata keçirilməsi;

· İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;

· Email vasitəsilə danışıqların aparılması və müqavilənin hazırlanması;

· Yerli və xarici bazarın araşdırılması;

· Qiymətlərin analizi,formalaşdırılması və bazaya daxil edilməsi;

· Görülmüş işlər barədə müvafiq heabatların hazırlanması;

· Məhsulların son istifadə tarixinə nəzarət edilməsi;

· Alış prosesində yaranmış problemləri operativ həll etmək;

· Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

 

İş şəraiti:

· İş qrafiki: 09:00-18:00

· Ünvan: Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1/11

· Əmək haqqı: 714-889 AZN

 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Alış Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Tələblər

Tələblər:

· Təhsil: Ali tibb təhsil arzuolunandır;

· Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

· Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;

· Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;

· İşində dəqiq və məsuliyyətli olmaq;

· Təhlil etmə bacarığı;

· Kommunikasiya və komanda daxilində işləmə bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 09-10-2025
Əmək haqqı: 700 - 800 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı