Vakansiya: İnkassator
Departament: Xəzinədarlıq Departamenti
Şirkət: GL ASC (“Sizin Lombard”)
Vakansiya haqqında qısa məlumat:
Azərbaycanın lombard sektorunda lider mövqeyə malik olan GL ASC (“Sizin Lombard”) Xəzinədarlıq Departamentinə İnkassator vəzifəsi üzrə peşəkar kadrların seçim prosesinə start verir. Əgər siz məsuliyyətli, dürüst və operativ işləməyə üstünlük verirsinizsə, komandamıza qoşulmaq fürsətini qaçırmayın!
Əsas vəzifə öhdəlikləri:
Nağd pul və digər qiymətli əmlakın daşınması və təhvil-təslim proseslərinin mövcud qaydalara uyğun şəkildə icrasını təmin etmək;Daşınma zamanı təhlükəsizlik qaydalarına tam əməl etmək və sərvətlərin qorunması üçün zəruri tədbirləri həyata keçirmək;Nağd pul və digər qiymətlilərlə aparılan əməliyyatlar zamanı aidiyyəti təlimat və qaydaları dərindən bilmək və tətbiq etmək;Vəzifəsinin icrası zamanı əldə etdiyi bütün məlumatların məxfiliyini təmin etmək və təşkilat sirrinin qorunmasına riayət etmək.
Namizədlər üçün tələblər:
Yaş həddi: 30-40 yaş;Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;Ali, orta və ya orta-ixtisas təhsili;Həqiqi hərbi xidməti başa vurmuş olmaq;İnkassasiya sahəsində praktiki bilik və təcrübəyə malik olmaq;Nağd pulla intensiv şəkildə və diqqətlə işləmə bacarığı;Gərgin və dəyişkən iş qrafikində çalışmaq qabiliyyəti;Məsuliyyətli, dürüst, dəqiq və detallara qarşı diqqətli olmaq;İşgüzar, təşəbbüskar, operativ və problem həll etmə bacarığına sahib olmaq;Hərbi qulluqçulara, hüquq-mühafizə və xüsusi xidmət orqanları əməkdaşlarına üstünlük verilir.
Müraciət qaydası:
Maraqlanan şəxslər CV-lərini “İnkassator” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə
