Təcrübə proqramı
GL ASC [Ağcabədi, Tovuz, Azerbaijan] Banking/Finance
Tələblər
GL ASC https://sizinlombard.az/ [Ağcabədi, Tovuz, Azerbaijan]
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət haqqında:

2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

GL ASC-dən Ağcabədi, Ağdaş, Ağstafa, Astara,Beyləqan, Bərdə, Fizuli, Bərdə, Gəncə, Goranboy, Göyçay, İmişli, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Qazax, Qəbələ, Quba, Qusar, Sabirabad, Salyan, Siyəzən, Xaçmaz, Xudat, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tovuz, Yevlaxda yerləşən filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı elan edir.

Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Təlimdən uğurla keçən namizədlər yarımştat işçi kimi götürüləcək əmək haqqı və bonus veriləcək

Qeyd: Təcrübə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər tam ştat işə qəbul ediləcəklər.

Vəzifə öhdəlikləri:

Təlimlərdə aktiv iştirak etmək

Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək

Təlimçi və mentorla interaktiv işləmək

Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər

Vəzifə şərtləri:

Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan sonuncu kurs tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)

Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər

Öyrənməyə açıq olmaq

Hədəflərlə işləməyi bacarmaq

Pozitiv ünsiyyət bacarığı

Komandada işləməyə meyilli olmaq

İş qrafiki: Part-time (yarım gün)

Sizə nə vəd edirik:

Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,

Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı

Maliyyə yönümlü ilkin biliklərin qazanılması;

Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;

Ə/h+bonus

Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.

Maraqlanan şəxslər [email protected] e-mail ünvanına “təcrübə proqramı (müvafiq region)” yazaraq cv-lərini göndərə bilərlər.

Ünvan: AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

Əlaqə nömrəsi: (+994 51) 2303407

(+994 50) 2911000 (daxili nömrə 1019)

Vebsayt: www.sizinlombard.az

Email: [email protected]

Ümumi məlumat
Əlavə edilib: 10-09-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı