Texniki şöbənin Rəhbəri
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlamaq;
Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak etmək;
Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlamaq, tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq;
Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablamaq, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirmək;
Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak etmək;
Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət etmək;
Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparmaq və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlamaq;
Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlamaq, dəyəri hesablamaq, görülən işləri qeyd etmək;
Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak etmək;
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin etmək;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
Sahələrdən gələn texniki hesabatları izləmək;
Subpodtratçılar üçün texniki spesifikasiyaları hazırlamaq;
Layihə planlarını idarə etmək və layihənin inkişafının plana uyğun həyata keçirildiyinə nəzarət etmək;
Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik və nəzarət etmək;
Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq;
Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu təmin etmək üçün iki qrup arasında əlaqə yaratmaq;
Material sifarişləri və təchizatı nəzarətdə saxlamaq;
Təhvil-təslim prosedurlarında şəffavlığı təşkil etmək.

 

Tələblər

- İnşaat sahəsi üzrə ali təhsil;
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı;
- Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları:
- Hesabat hazırlama və təhlil etmə bacarığı.

Namizədlərdən xahiş olunur ki, mövzu yerində mövcud vakansiya adını "Texniki şöbənin Rəhbəri" qeyd etməklə CV-lərini qeyd olunan elektron ünvana göndərsinlər.

Ümumi məlumat
Əlavə edilib: 22-07-2025
Əmək haqqı: 3000 - 4000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı