IR üzrə mütəxəssis
CS Group MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;

- Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;

- Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;

- Əmək haqqı kartlarının sifariş olunması;

- Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;

- Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;

- Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;

- Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;

- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;

- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;

- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;

- Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;

- Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;

İş şəraiti:

- İş vaxtı: 09:00 - 18:00;

- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);

- Əmək haqqı: 800 AZN;

- Şirkət tərəfindən korporativ nömrə verilir.

Tələblər

- Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);

- Yaş həddi: 25-35 yaş aralığında;

- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;

- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;

- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);

- AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;

- ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;

- Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);

- Komanda ilə işləmə bacarığı;

- Səliqəli klassik iş geyimi (dress code).

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 13-06-2024
Əmək haqqı: 800 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı