· Şirkətlərin vakansiyalarını qəbul etmək, tələbləri öyrənmək və uyğun namizədlərlə təmin etmək.
· Təcrübə proqramından məzun olan namizədlərlə əlaqəni qurmaq, müzakirələr aparmaq və işə qəbul prosesinin əvvəlindən sonuna qədər (ön görüşdən təklif mərhələsinə qədər) bütün mərhələləri idarə etmək, məqsədyönlü qərarlar qəbul etmək.
· Namizədlərin CV-lərinin təşkil olunması və yoxlanılması,müsahibələrə hazırlanmalarına köməklik göstərmək və inkişaf planlarının hazırlanmasını təmin etmək.
· CV-lərin ilkin seçim prosesini aparmaq və namizədləri tələblərə uyğun filtrləmək.
· İlkin müsahibələr keçirmək və ən uyğun namizədləri müştəri şirkətə yönləndirmək.
· Məzunları və digər namizədləri uyğun vakansiyalar üzrə şirkətlərə yönləndirmək, onların CV-lərini təqdim etmək və tərəflər arasında effektiv əlaqə yaratmaq.
· Namizədlərin peşə bacarıqlarını, iş təcrübəsini və uyğunluğunu qiymətləndirmək.
· Namizədlərin texniki bacarıqlarını, şəxsi keyfiyyətlərini, motivasiya səviyyəsini və şirkət mədəniyyətinə uyğunluğunu qiymətləndirmək üçün obyektiv metodlar və vasitələr tətbiq etmək.
· İşçi təminatı və məşğulluq göstəriciləri üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq.
· İşə qəbul proseslərinin effektivliyini daim artırmaq üçün təhlillər aparmaq və optimallaşdırma təklifləri hazırlamaq.
· Şirkətlərlə möhkəm və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq və qorumaq.
· İşə qəbul prosesləri vasitəsilə şirkətlərin iş bazarında kadr strategiyasının inkişafına və təkmilləşdirilməsinə töhfə vermək.
· Bütün seçim və işə qəbul proseslərini məxfilik prinsiplərinə uyğun aparmaq.
• İnsan Resursları, Psixologiya,Biznesin İdarəedilməsi və ya digər müvafiq sahələr üzrə ali təhsil. • İşə qəbul, HR və ya kadr təminatı üzrə minimum 2–3 il təcrübə. • Müsahibə aparmaq, namizədlərin potensialını qiymətləndirmək bacarığı. • Azərbaycan dilində səlis, rus və ingilis dillərindən birini bilməsi arzuolunandır. • Məsuliyyətli, proaktiv və hədəf yönümlü yanaşma. • İş elanları hazırlamaq və müvafiq kanallarda yerləşdirmək bacarığı. • Yazışma etikası və peşəkar e-poçt üslubu. • Namizədlərlə və şirkətlərlə iş əlaqələri qurmaq. • İş bazarını və vakansiya tələblərini təhlil etmək. • Yüksək ünsiyyət və analitik bacarıqlar. • Kompüter bilikləri: MS Office, LinkedIn Recruiter, iş elan saytları ilə işləmə bacarığı. • Komandada və müstəqil işləmə bacarığı. İş şəraiti haqqında: • Nahar: Şirkət tərəfindən təmin edilir • Əmək haqqı: 800-1000 (sabit) + hər uğurlu işçi təminatına görə əlavə bonus sistemi. • İş mühiti: İnkişafetdirici və sağlam ünsiyyət. • İş qrafiki: 6 günlük iş həftəsi. • İş saatı: 09:00 – 18:00. • ARƏM uyğun işə qəbul. Tələblərə cavab verən namizədlər öz CV-lərini “İşə Qəbul üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.
    

           
                           Baku                                            




						Telegram									
						Facebook									
						Linkedin