General English
Cleverest Academy Baku Təhsil
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Cleverest Academy olaraq, tədris komandamızı genişləndirmək məqsədilə kurs bölməmiz üçün  General English Instructor-lar axtarışındayıq! Əgər siz də tələbələrlə işləməyi sevirsinizsə və onların uğuruna töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!

Vakansiya barədə ümumi məlumat⬇️

 General English proqramına uyğun olaraq tələbələrin həm fərdi, həm də qrup şəklində dərs prosesinin təşkil edilməsi;
Müxtəlif mövzularda dərs planlarının hazırlanması və tətbiqi;
Hər ay müəyyən olunan sınaq imtahanlarının təşkili və nəticələrin təhlili;
Tələbələrin inkişafına diqqət göstərərək, hər birinin nəticəsini izləmək və təkmilləşdirilməsinə dəstək olmaq;
Dərslərin vaxtında və yüksək keyfiyyətdə aparılmasına məsuliyyətli yanaşma.

Tələblər

Tələblər:

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
İngilis dili üzrə minimum B2 səviyyəsi (C1 səviyyə üstünlükdür);
Ali təhsil arzu olunandır;
Gülərüz, məsuliyyətli və yüksək motivasiyalı namizəd olmalıdır;
Müxtəlif yaş qrupları ilə işləmə bacarığı, xüsusilə yeniyetmə və gənc tələbələrlə ünsiyyəti qurmaq bacarığı.

Bizimlə işləməyin üstünlükləri:

Dost və peşəkar kollektiv;
Müasir tədris metodları və texnologiyaları ilə işləmək imkanı;
Karyera inkişafı və peşəkar təlimlərdə iştirak imkanları;
İş saatlarının çevikliyi.
Əgər bu tələblərə cavab verirsinizsə və bizim komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-lərinizi [email protected] mail ünvanına göndərə bilərsiniz

Ümumi məlumat
Əlavə edilib: 09-10-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı