Göyçay filialı üzrə menecer
PARA BOKT Göyçay Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifələr:

- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;

- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;

- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;

- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;

- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;

- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;

- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Tələblər

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

- Ali təhsil

- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

- Yaş həddi 25-45 (yalnız bəy namizədlər)

- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki

- Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Göyçay filial meneceri" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Ümumi məlumat
Əlavə edilib: 21-04-2022
Əmək haqqı: 700 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı