Filial Müdiri və ya Qrup Rəhbəri
İnternational Bokt QSC Beyləqan Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC Beyləqan rayonunda yeni açılacaq filiallar üçün FİLİAL MÜDİRİ VƏ QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir. Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat

Filial müdiri və Qrup Rəhbəri İş vaxtı 9:00-dan 18:00-a dək.

Əmək haqqı: Razılaşma yolu ilə

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar ücün nəzərdə tutulan və ya vermiş olduqlari kreditlərə nəzarət etmək;

• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;

• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər

Tələblər:

• Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.

• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 17-07-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı