Filial müdiri
"Qarant Kredit Lombard" MMC [Baku, Qazax, Masalli, Azerbaijan] Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
• Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
• Filial portfelinin və müştəri bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
• Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
• Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
• Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
• Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini həvəsləndirmək və ruhlandırmaq
• Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
• Filialın effektiv büdcəsini işləmək və planlaşdırmaq, maliyyə hədəflərinə çatmaq üçün fəal iştirak etmək
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
• Girov əməliyyatlarının yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
• Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək
• Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
• Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
• Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasındasında fəal iştirak etmək
• Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək
• Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi

Tələblər

• Iqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 3 il müvafiq sahədə təcrübə (Bank, BOKT, Lombard)
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
• Əmək haqqı Menecer vəzifəsi üzrə 1200-2000AZN, Filial müdiri üzrə 1500-3000 AZN təyin olunur.

Maraqlı namizədlərdən xahiş olunur ki, cv-lərini mövzu hissəsində “ vəzifə adı və şəhəri” göstərməklə 20 noyabr 2023-cü il tarixinədək [email protected] e-mail ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ümumi məlumat
Əlavə edilib: 26-10-2023
Əmək haqqı: 1200 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı