Ekspeditor
"Az Protein Foods Group" MMC Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;

- Müəyyən edilən marşrut planı üzrə satış hədəflərinin planlaşdırılması və periodik olaraq yerinə yetirilməsi;
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak edilməsi;
- Satış standartlarına uyğun olaraq mağazalarda işlərin həyata keçirilməsi;
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərinin izlənilməsi;
- Ticarət obyektlərində məhsulların təqdimatının keçirilməsi;
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
- Ticarət obyektlərində malların tam çeşidinin olmasına nəzarət edilməsi;
- Ticarət obyektlərində məhsulların düzgün quruluşunun təmin edilməsi;
- Bütün yeni layihələr haqqında müştərilərin məlumatlandırılması;

- Yeni müştərilərin cəlb edilməsi,
- Mövcud olan ticarət nöqtələrinin inkişaf etdirilməsi,

- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına, sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq,

- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.

Tələblər

· Yaş həddi: 25 - 45 yaş

· Staj: 3 - 5 il (Sosis/kolbasa və ət məhsullarının istehsalı müəssisəsində təcrübəsinin olması mütləqdir)

· BC kateqoriyalı sürücülük vəsiqəsi

· İşində ciddi və məsuliyyətli olmalı

· Müəssisə Buzovna qəsəbəsində yerləşir.

 

Əmək haqqı: 700 manat + bonus

İş qrafiki: 6 günlük.

Nəqliyyat vasitəsi, mobil nömrə şirkət tərəfindən verilir.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 03-02-2024
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı