İş Təsviri:
Biz, müştərilərimizə yüksək səviyyədə xidmət göstərməyi prioritet edən dinamik bir şirkət olaraq Call Center şöbəmizi idarə edəcək bir rəhbər axtarırıq. Əsas vəzifəniz, müştəri zənglərinə effektiv cavab verilməsini təmin etmək, komandanın fəaliyyətini təhlil etmək və xidmət səviyyəsini artırmaq olacaq.
Vəzifələr: - Call Center əməliyyatlarının gündəlik idarə olunması
- Komandanın fəaliyyətini izləmək və göstəriciləri analiz etmək
- Müştəri məmnuniyyətinin təmin edilməsi və bu səviyyənin qorunması
- Komandanın təlimatı və inkişafı üçün strategiyalar hazırlamaq
- Məsuliyyətli, motivasiyaedici və dəqiq rəhbərlik etmək.
Tələblər:
- Ən azı 2 illik Call Center rəhbəri və ya müvafiq idarəetmə təcrübəsi
- Müştəri xidmətləri sahəsində geniş bilik və təcrübə - Yüksək ünsiyyət və idarəetmə bacarıqları.
- Stres altında işləmə bacarığı və problem həll etmə qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı.
Biz Sizə Təklif Edirik:
Ortalama olaraq 1000₼
Dinamik və inkişaf edən iş mühiti.
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Rahat iş şəraiti və müsbət komanda ruhu.
Əgər bu vakansiya Sizin üçün maraqlıdırsa, zəhmət olmasa, CV-nizi [email protected] mail ünvanına və ya +994555555586 nömrəsinə göndərin mövzu hissəsində "Call Center Rəhbəri" yazmağı unutmayın.