Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;

· Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;

· Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;

· Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;

· Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;

· Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək.

Tələblər

İngilis dilində sərbəst danışıq, dinləmə, yazı, oxu qabiliyyətlərinə malik olmaq (“ielts” sertifikatı arzu olunandır), yaxud Çin, ərəb, fars, ingilis, rus, gürcü, alman, fransız dillərində oxuma, yazma və danışıq bilikləri;

Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil;

Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;

Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

İşgüzar yazışmaların aparılması bacarığı;

Analitik düşünmə bacarığı;

Problem həlletmə bacarığı;

Planlama və zamanın idarəolunması;

Situativ qərarvermə;

Yüksək ünsiyyət bacarıqları.

İş şərtləri:

· AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi

· 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə

· İş vaxtı 09:00 – 18:00

· İş günü 6/1 şənbə (qısa iş günü) və bazar qeyri-iş günləridir

Ümumi məlumat
Əlavə edilib: 20-05-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı