· Hüquqi məsələlərin həlli ilə bağlı məsləhətlər, təkliflər və tövsiyələr vermək;
· Müqavilələr hazırlamaq, müqavilələrdən irəli gələn müvafiq sənədlərin hazırlanmasını təmin etmək və müqavilələrin şərtlərinin icrasına nəzarət etmək;
· Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin, hazırlanması, sənədlərin ekspertizasının keçirilməsi və müvafiq təkliflərin hazırlanması;
· Daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
· Müvafiq sənədləri təhlil etmək və rəy vermək, yenidən işləmək, icrasına nəzarət etmək;
· Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.
Təhsil : Ali təhsil (Beynəlxalq münasibətlər, Politologiya, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
· Dil bilikləri : rus, alman, fransız və ingilis dillərindən birində sərbəst danışmaq və yazmaq, ərəb və fars dillərində bilik arzu olunandır.
· İT üzrə biliklər: MS.Office/ MS.Word
· Araşdırma, tədqiqat sahəsində 1 ilə qədər təcrübə, Analiz və təşkilati bacarıqlar
· Yaş - 22-28 (yalnız bəylər)
· Xoş və səliqəli zahiri görünüş
· Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə bacarığı
· İşgüzar və hədəf yönlü
· Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
· Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı
· Kollektiv ilə işləmə bacarığı.
· Vəzifəsindən irəli gələrək konfidensiallığı qorumalı
· Sərbəst şəkildə qərarvermə və problemləri tez və vaxtında həll edə bilməl
· İşdə dəqiqlik və detallara fikir verməli
· Öz bilik səviyyəsini daima inkişaf etdirməli
İş şərtləri:
· AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
· 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə
· Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq (1800-2000 AZN net)
· İş vaxtı 09:00 – 18:00
· İş günü 6/1 şənbə (qısa iş günü) və bazar qeyri-iş günləridir
