Baş Mühasib
VMF Company Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək

Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi

Kargüzarlıq qaydalarına əsasən şöbə əməkdaşları tərəfindən proseslərin yerinə yetirilməsinə nəzarət edilməsi

Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək

Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək

Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi

Bəyannamələrin hazırlanması və təqdim edilməsi

Əsas vəsaitlərin, azqiymətlilərin uçotu və amortizasiyası

Aylıq əmək haqqı hesablanması

Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;

Əmək haqqı : 1600 azn gross olacaq .

İş rejimi : 6 günlük saat 09:00-18:00 qədər .

 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

Tələblər

Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;

Müvafiq sahə üzrə minimum 2 il təcrübəsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;

Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;

Azərbaycan dili mükəmməl bilməlidir.

Ümumi məlumat
Əlavə edilib: 01-03-2023
Əmək haqqı: 1600 - 1600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı