Baş mühasib
Amor Parfum Butik Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifələr:
Gömrük işlərini bilməsi vacibdir Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;

Tələblər

Namizədə dair tələblər:
Gömrük işlərini bilən
Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
Minimum 3 il iş təcrübəsi olmalıdır;
Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.

Ümumi məlumat
Əlavə edilib: 25-08-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı