İşin təsviri:
Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz edir;
Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir;
Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
Layihədə olan uyğunsuzluqların müəyyən edir və müvafiq həll yollarının müəyyən edilməsi;
Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edir;
İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;
İşlərin İcra Aktlarının hazırlayır;İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;
Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkil edir;
Layihəyə dair aylıq texniki hesabatları hazırlayır (Forma 2, Forma 3, Xərc analizi);
Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarına uyğun işini qurur;
Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edir;
Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır
Material sərfini hesablamağı bacarmaqSahədə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),Kompüter bilikləri:
MS Office proqramları, AutoCad
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Punktual və ünsiyyətcil olması;Analitik düşüncə bacarığı;Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün); (şənbə yarım ştat)
İş yeri : BAKI
İş saatları: I-V günlər 09:00-18:00; şənbə günü 10:00-15:00
Əmək haqqı: (800-1000 AZN) Rəqabətə davamlı.
Cins: Kişi
Yaş: 28-40
Son müraciət tarixi: 15.09.2024
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş mühəndis” qeyd etməklə göndərə bilərlər.