Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;Material sərfini hesablamağı bacarmaq;Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş qrafiki:
Həftədə 6 gün, həftə içi 09:00-18:00, şənbə günü 9:00-13:00 Nahar fasiləsi: 13:00 – 14:00Korporativ nömrə (korporativ paket),
Əmək haqqı müsahibə əsnasında təyin ediləcəkdir.AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);Kompüter bilikləri: MS Office proqramları, AutoCad;İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.