Baş energetik
Avrora MMC Baku Electrical Engineering
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək; Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək.

İş şərtləri:

- Həftədə 5 iş günü;

- İş saatları: 08:00-17:00;

- Şirkət hesabına nahar;

- İş yeri Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Energetik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Tələblər

- Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;

- Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;

- Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək;

- Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;

- Texnoloji avadanlıqların elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.

- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.

- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;

- Avadanlıqların təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması;

- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək.

- Təhsil : Ali təhsil (Elektroenergetika mühəndisliyi);

- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İstehsal sahələrində çalışanlara üstünlük verilir);

- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;

- Avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydalarına bələd olmalı ;

- Kompyuter bilikləri - MC Office proqramları;

- Dil bilikləri –Rus dili (İngilis dili bilənlərə üstünlük verilir)

 

 

Ümumi məlumat
Əlavə edilib: 11-03-2021
Əmək haqqı: 1500 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı