• Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Vergi orqanları ilə yazışmalar;
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• E-portal proqramı ilə işləmək bacarığının olması;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.
Əmək haqqı: 1600-2000 manat (təcrübədən asılı olaraq daha yüksək əmək haqqı təklif edilə bilər).
İş qrafiki: 6 günlük.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
- Yaş həddi: 30-45;
- Kompüter biliyi: MS Office Word, Excel, 1C (8.3).
- İş təcrübəsi: 5-10 il.
- AR Vergi Məcəlləsini bilməli.
