Aparıcı mühasib
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifələr:
Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur;
Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici)
Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır;
Məxfilik prinsiplərini pozmamaq.

Tələblər

İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı 1500 -2500 Azn
Tələblər.
Azı 3 il local consultinq sahəsində mühasiblik təcrübəsi olmalıdır;
Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır;
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
- Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;

Ümumi məlumat
Əlavə edilib: 30-09-2024
Əmək haqqı: 1500 - 2500 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı