Aparıcı mühasib
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

APARICI MÜHASİB

Regency Consulting and Tax Solutions MMC

Yeni ideyalara açıq komandada məhdudiyyətsiz inkişaf !

Şirkətimizdə işçilərin yaradıcılığı və ideaları rəhbərlik tərəfindən daim dəstəklənir. Bizimlə çalışaraq, rəhbərliklə açıq müzakirə və yaxın əməkdaşlıq imkanları, öz layihələrinizi, yenilikçi fikirlərinizi reallaşdırmaq üçün şirkətin davamlı dəstəyi, karyeranızda fərq yaratmaq imkanı və motivasiyaedici iş mühiti əldə edəcəksiniz. Bizə qoşulun, idealarınızı dəstəkləyərək birgə böyüyək.

Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 4 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstərir. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

İş barədə məlumat:

· ƏDV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatları hazırlamaq və aidiyyatı orqanlara göndərmək;

· Bütün növ maliyyə hesabatlarının hazılanması və 1C proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsini təmin etmək;

· 1C 8.3 proqramında kiçik mühasib tərəfindən müəssisələrin gündəlik uçotunun aparılmasına nəzarət etmək;

· Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət etmək;

· Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək.

İş şəraiti:

Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;Korporativ mobil nömrə;Ə/H -1500.

Tələblər

Namizəd üçün tələblər:

· Mühasib vəzifəsində minimum 3 il iş ştajı;

· Ali təhsil;

· Beynəlxalq maliyyə və peşakar mühasib sertifikatına malik olması üstünlük təşkil edəcək;

· 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;

Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir).

Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib"- “Vakansiyanın əldə olunduğu mənbənin adı” başlığı yazmaqla göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 21-06-2024
Əmək haqqı: 1500 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı