Aparıcı mühasib
Simurg MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Novco Şirkətlər Qrupunun kafe və restoran sferası üzrə aparıcı mühasib tələb olunur.

İş barədə məlumat:

Aylıq və illik maliyyə hesabatlarının hazırlanması (PL, Cash Flow, SOFP);

Ay sonu bağlanışlarına nəzarət, xərclərin və gəlirlərin müqayisəli şəkildə izlənilməsi, dəqiqləşdirilməsi;

Rəhbərliyə hesabatlarının hazırlanması, onların dolğun, anlaşılan şəkildə təqdim edilməsi;

Malların maya dəyərlərinin uçotuna nəzarət;Gəlir və əməliyyat xərclərinin IFRS standartları üzrə uçotunun təşkili;

ƏDV, Mənfəət, SV, ÖMV vergi bəyannamələrinin düzgünlüyünü yoxlamaq, şəxsi hesab vərəqəsi üzrə əməliyyatlara tam nəzarət etmək;

İngilis dilində işgüzar yazışmaların aparılması;

İdxal prosesinin maliyyə şöbəsinə aid olan əməliyyatlarını yerinə yetirmək.

 

Vakansiyaya müraciət etmək istəyən namizədlər [email protected] email ünvanına mövzu başlığında Aparıcı mühasib qeyd etməklə CV-lərini göndərə bilərlər.

Tələblər

- Maliyyə, mühasibatlıq üzrə ali təhsil

- Maliyyə uçotunun IFRS standartlarını yaxşı səviyyədə bilmək (FA FR sertifikatları üstünlükdür)

- Ofis proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı, hesabatların düzgün, anlaşılan hazırlanması üçün lazımi excel biliklərinə malik olmaq

- Analitik təhlil etmə bacarığı

- Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri sürətli həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

- Minimum 2 il iş təcrübəsi

Ümumi məlumat
Əlavə edilib: 13-06-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı