Aparıcı mühasib
Alliance Tax and Finance Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;

· Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;

· Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;

· Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;

· Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;

· Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;

· Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək; Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);

· Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

· 5 günlük iş qrafiki (09:00-18:00)

Tələblər

· İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;

· Mühasibatlıq sahəsində 3-5 il,istehsal sahələrində 2 illik iş təcrübəsi olmalı;

· Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;

· Müvafiq sahə üzrə sertifikatları olmalı;

· 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;

· Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;

· Azərbaycan və rus dillərində səlis danışa bilməli.

· Yaş həddi 30-40

· Kişi namizədlərə üstünlük veriləcək

· İş yeri Ramanı qəsəbəsində yerləşir

· Əmək haqqı müsahibə əsasında razılaşdırılır. ( 1000-1500 azn arası)

Tələblərə uyğun gələn namizədlər Cv-lərini Aparıcı mühasib qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 22-09-2022
Əmək haqqı: 1000 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı