Şirkət: Ulu Hospitality Group
Vakansiya: Animator
İş Yeri: Qax, El Resort Hotel
Ünvan: Qax, Heydər Əliyev pr, İlisu yolu
İş rejimi: I-VI günlər
İş vaxtı: 12:00-21:00
Əmək haqqı: Müsahibə yolu ilə
İş Təsviri:
● Qonaqların əyləndirilməsi və uşaqlar, onların valideynləri üçün mədəni tədbirlərin təşkili işi ilə məşğul olmaq;
● Otelin sakinlərini əyləndirmək, məlumatlandırmaq və ya təlimatlandırmaq məqsədilə danışıq, jest və əl işarələrindən istifadə etməklə rolları nümayiş etdirmək və canlandırmaq;
● Tamaşaçıları əyləndirmək üçün kostyumlar geyinmək, qrimlənmək və komediya səhnəcikləri göstərmək;
● Bacarığa və otelin imkanlarına uyğun olaraq müxtəlif idman növləri üzrə yarışlar təşkil etmək (çimərlik voleybolu, futbol, tennis, stolüstü tennis, vaterpol (su polosu), bosse, dart, aerobika, su gimnastikası, dartınma, muay tay (tay boks) və s.);
● Kiçik klublarda, çimərlikdə, hovuzda və s. bu kimi yerlərdə uşaqlar üçün proqram təşkil etmək;
● Uşaqlar üçün gecə əyləncəsi təşkil etmək (Mini-disko, karnaval, uşaq şouları və s.).
● Lətifələr danışmaq, şou, məzəli rəqslər, mahnılar və ya parodiyalar ifa etmək, digər şəxslərin hərəkətlərini və səslərini yamsılamaq;
● Auditoriyanı əyləndirməık və heyrətləndirmək üçün orijinal və yeni fokus nömrələri göstərmək və bəzi hallarda tamaşaçıların özlərini proqram iştirakçısı kimi səhnəyə dəvət etmək;
● Kukla və ya müqəvvaları canlandırmaq üçün ipləri, məftilləri, çubuqları və ya barmaqları hərəkət etdirmək və eyni zamanda onları səsləndirmək, və ya yazılmış proqramları göstərmək;
● Şən, zarafatcıl və pozitiv xarakterli;
● Effektiv ünsiyyət bacarığı;
● Təqdimat qabiliyyəti;
● Bu sahədə iş təcrübəsi;
● Kreativ yanaşma qabiliyyəti;
