SATIŞ ADMİNİ
(Admin tapmaq üçün tələblər)
Ə/H –800-1200 AZN
Şirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir.
Öhdəlikləri:
Satış prosesi aşağıdakı qaydada həyata keçirilməlidir:
- Satış hədəflərini yerinə yetirmək, Satış admini satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanın həyata keçrilməsini təmin edir;
- Gündəlik nəticələr haqqında operativ məlumatı tabe olan Supervayzerə təqdim etmək;
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək;
- Satış standartlarına uyğun olaraq satış nöqtəsində işlərin həyata keçirilməsi;
- Təyin edilən marşrut xəritəsi (rut) üzərində müştəri ziyarək edərək mağazalardan sifarişləri qəbul etmək, sifarişlərin mağazalara çatdırılmasını nəzarətdə saxlamaq;
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini nəzarətdə saxlamaq;
- Satış nöqtələrində məhsulların təqdimatını keçirtmək;
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
- Satış nöqtələrində malların tam çeşidinin olmasına nəzarət etmək;
- Satış nöqtələrində məhsulların düzgün quruluşunu təmin etmək;
- Bütün yeni layihələr haqqında müştəriləri məlumatlandırmaq;
- Malların son istehlak (yararlılıq) tarixinə nəzarət etmək.
İş şəraiti:
-İş rejimi - 5 günlükdür;
-İş saatı 08:00 – 17:00;
-İstirahət vaxtı həftədə 2 gündür, şənbə və bazar günləri;
-Təlim şirkət tərəfindən həyata keçirilir;
-Sabit əmək haqqı (FİX) – 500 AZN (Bonus sisteminə əsasən 700 AZN-dək əlavə əmək haqqı hesablanılır);
-Ödənişli məzüniyyat;
-AR əmək məcəlləsinə uyğun sənədləşmə;
-Karyera yüksəlişi imkanı mövcuddur.
Tələblər:
- Təhsil : Tam orta, (Ali təhsil olana üstünlük verilir)
- İş təcrübəsi : 1 ildən çox satış sahəsində iş təcrübəsi olmalıdır;
-25-40 yaş;
-Cinsi – Kişi və ya Qadın
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus-dili biliyi olana üstünlük verilir);
- Kompüter biliyi: ofis proqramları;
- Təşkilatçılıq, dəqiqlik, təhlil bacarığı;
- Kreativlik, analitik bacarıqlar;
- Riyazi bilikləri;
- Məhsulları müştəriyə nümayiş etdirmə və ünsiyyət qurmaq bacarığı;
- Etirazlarla işləmək bacarığı;
- Aktiv və çalışqan;
- Təzyiq altında işləmək bacarığı;
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan;
- Kollektivlə işləmə bacarığı;
- Kişilər üçün Hərbi biletin mövcudluğu;
- Sürücülük vəsiqəsi (B kateqoriyası);
- Şəxsi avtomobilin olması mütləqdir,yanacaq və avtomobilin amartizasiya xərcləri şirkət tərəfindən ödənilir (avtomobili olmayanlar işə qəbul olunmur);
- Öz karyerasını satış sahəsində qurmaq istəyən şəxslər.
