3D və video dizayner
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Responsibilities :
- Dizayn ediləcək məhsulun istifadə məqsədini və layihə növünü müəyyənləşdirmək;
- Funksionallıq, orijinallıq, kompozisiya bütövlüyü və estetik cəlbedicilik baxımından müştəri tələblərini və ehtiyaclarını müəyyənləşdirmək;
- Dizayn konsepsiyasının müəyyən olunması üçün əlavə məlumatlar toplamaq və təhlillər aparmaq;
- Sorğu və bazar araşdırması apararaq mövcud trendləri və bazar vəziyyətini öyrənmək;
- Təhlillər əsasında və müştəri tələblərinə uyğun olaraq dizayn konsepsiyasını formalaşdırmaq;
- Formalaşdırılmış dizayn konsepsiyasının müştəri və ya müəyyən olunmuş hədəf qrupunun tələbləri ilə uyğunluğunu nəzərdən keçirmək;
- İstifadə olunacaq və ya üstünlük veriləcək dizayn prinsiplərini (ziddiyət, tarazlıq, vurğu, nisbət, bütünlük, müxtəliflik, ierarxiya və s.) müəyyənləşdirmək;
- Kompüter dəstəkli layihələndirmə üzrə proqram təminatları və ya layihə növünə uyğun olaraq digər müvafiq dizayn və redaktə proqramları vasitəsi ilə video və 3D illüstrasiyaları tərtib etmək;
- Qrafik proqramlardan istifadə edərək video faylları xüsusi effektlərlə yaratmaq və montaj etmək;
- 3D illustrasiyaların tərtib olunması zamanı istifadə olunacaq dizayn üsullarını müəyyən etmək;
- İstifadə oluna biləcək əlavə dekorativ üsulları nəzərdən keçirmək və tələb olunan hallarda tətbiq etmək;
- Yekun 3D illustrasiyaları tərtib etmək;
- Səs faylları ilə düzgün qaydada işləmək;
- Müştəri və ya digər səlahiyyətli şəxslərin tələblərinə uyğun olaraq müvafiq təqdimat üsulunu seçmək;
- Təqdimatdan əvvəl məhsula yenidən baxış keçirmək və ehtiyac olan hallarda düzəliş və ya əlavələr etmək;
- Tərtib olunmuş 3D illustrasiyaları yekun məhsul halında səlahiyyətli şəxslərə təqdim etmək;
- Müştəri və ya digər səlahiyyətli şəxslərin razılığı əsasında tərtib etdiyi qrafik, illustrasiya, video və multimedia məhsullarını şəxsi portfelində yerləşdirmək və saxlamaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək.

Tələblər

 Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
 İş mühitinə uyğunlaşmaq və kollektivlə birgə işləmək;
 Vəzifədən irəli gələn təlimatları və prosedurları yerinə yetirmək;
 Loyallıq və şirkət qaydalarına riayət etmək;
 Stresə davamlı olmaq;
 İnkişafa meyilli və təşəbbüskar olmaq;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

www.hcb.az

 

Ümumi məlumat
Əlavə edilib: 09-03-2023
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı