Mühəndis Elektrik
AZELKO MMC Bakı Electrical Engineering
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əmək haqqı: 600-900 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. )

Yaş: 23-40 yaş

Təklif edən şəxs: Hüquqi şəxs

Şirkət: AZELKO MMC

Əlaqədar şəxs: Əliyev Fariz

Ünvan Abşeron ray. Şamaxı şossesi 14km

Kateqoriya: Sənaye, istehsal

E-mail: [email protected]

İş barədə məlumat:

- Müəssisəmiz elektrik paylayıcı qurğuların istehsalı,quraşdırılması və sazlanması ilə məşğul olur.

- İş vaxtı həftə içi 5 gün, 08:30-dan 18:00-dək

- Nahar fasiləsi 12:30-dan 13:30-dək

- Nahar şirkət tərəfindən verilir

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini “[email protected]

e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühəndis elektrik” qeyd etmələri xahiş olunur

Tələblər

Namizədə tələblər:

- Mühəndis-elektrik ixtisası üzrə müvafiq ali təhsil;

- Elektrik sxemləri oxumaq və tərtib etmək bacarığı olan

· -Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;

- Elektrik avadanlıqların və qurğularının istismarına və iş prinsipinə dair biliklərə sahib olmaq

- Ölçmə cihazlarına dair biliklərinin olması

- Layihələrin hazırlanmasında və layihələlərdə dəyişikliklər zamanı texniki heyətdə iştirak etmək

- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

- Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;

· - AUTOCAD,MS Office proqramları və aktiv şəkildə mail istifadə etmə;

- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli

- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir

- Verilən tapşırıqları vaxtında yerinə yetirmək və işə məsuliyyətlə yanaşma

- Operativ çalısan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq

-2 il iş təcrübəsi

- Əsas iş yeri ofisdə olmaqla lazım olduqda ezamiyyətlərə getmək

- Rus və ingilis dillərini bilənlərə üstünlük verilir

Ümumi məlumat
Əlavə edilib: 07-03-2020
Əmək haqqı: 600 - 900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı