Filial müdiri
Parabokt Salyan Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Salyan Filialı üçün Filial müdiri axtarılır

 

Əsas vəzifə və öhdəliklər:

· Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;

· Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

· Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;

· Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;

· Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;

· Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

· Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq

CV-də şəkilin olması mütləqdir

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Filial müdiri-filialın adı” başlığı ilə [email protected] [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

Tələblər

Tələb olunan keyfiyyətlər:

· Ali təhsil;

· Bank vəya maliyy təşkilatları sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;

· Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

· Analitik mühakimə etmək qabiliyyəti;

· İdarəetmə və liderlik qabiliyyəti;

· Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

· Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

* Müştəri bazası olanlara üstünlük verilir

Əmək haqqı + maaşın 2 misli motivasiya

Ümumi məlumat
Əlavə edilib: 12-03-2021
Əmək haqqı: 500 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı