İş icraçısı
Terrastruc MMC Baku Civil/Construction
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
- Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir.
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması
- Işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir.

- 6 günlük iş həftəsi
- İş saatları: 09.00-dan 18.00-dək
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Tələblər

- Ali təhsil (Sənaye və mülki tikinti)

- Yaş həddi: 30-50 yaş
- Tikinti layihələrində ən az 3 illik təcrübə,
- Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Dil bilikləri : Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli

Ümumi məlumat
Əlavə edilib: 09-03-2023
Əmək haqqı: 1300 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı