“Beynəlxalq əlaqələr üzrə mütəxəssis”
Global Consulting Baku MMC Bakı Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Hüquqi məsələlərin həlli ilə bağlı məsləhətlər, təkliflər və tövsiyələr vermək;

· Müqavilələr hazırlamaq, müqavilələrdən irəli gələn müvafiq sənədlərin hazırlanmasını təmin etmək və müqavilələrin şərtlərinin icrasına nəzarət etmək;

· Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin, hazırlanması, sənədlərin ekspertizasının keçirilməsi və müvafiq təkliflərin hazırlanması;

· Daxil olan sorğuların cavablandırılmasını təmin etmək;

· Müvafiq sənədləri təhlil etmək və rəy vermək, yenidən işləmək, icrasına nəzarət etmək;

· Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.

Tələblər

· Təhsil : Ali təhsil (Beynəlxalq münasibətlər, Politologiya, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);

· Dil bilikləri : rus, alman, fransız və ingilis dillərindən birində sərbəst danışmaq və yazmaq, ərəb və fars dillərində bilik arzu olunandır.

· İT üzrə biliklər: MS.Office/ MS.Word

· Araşdırma, tədqiqat sahəsində 1 ilə qədər təcrübə, Analiz və təşkilati bacarıqlar

· Yaş - 22-28 (yalnız bəylər)

· Xoş və səliqəli zahiri görünüş

· Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə bacarığı

· İşgüzar və hədəf yönlü

· Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

· Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı

· Kollektiv ilə işləmə bacarığı.

· Vəzifəsindən irəli gələrək konfidensiallığı qorumalı

· Sərbəst şəkildə qərarvermə və problemləri tez və vaxtında həll edə bilməl

· İşdə dəqiqlik və detallara fikir verməli

· Öz bilik səviyyəsini daima inkişaf etdirməli

İş şərtləri:

· AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi

· 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə

· Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq (1800-2000 AZN net)

· İş vaxtı 09:00 – 18:00

· İş günü 6/1 şənbə (qısa iş günü) və bazar qeyri-iş günləridir

Ümumi məlumat
Əlavə edilib: 16-05-2023
Əmək haqqı: 1800 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı