“PARABOKT” ASC Mingəçevir filialı üçün Əməliyyatçı/ Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
Əsas vəzifələr:
Qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlara və daxili qaydalara uyğun aparılmasını təmin etmək;Pul vəsaitlərinin müvafiq qaydada sistemə/ hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;Mövcud qanunvericiliyə uyğun qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;Gün ərzində xəzinə üzrə mədaxil və məxaric zamanı normativ aktlara və təşkilatın daxili qayda və prosedurlarına riayət etmək;Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;Xəzinədə həyata keçirilən mədaxil – məxaric əməliyyatlarını müvafiq əməliyyat sistemində əks etdirmək;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Ali təhsil/ natamam ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır)Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;Microsoft Office proqramlarında (Excel, Word) işləmək bacarığı;Pul və qiymətlilərlə işləmə qabiliyyəti;Komanda tərkibində və fərdi şəkildə işləmə bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini ” Əməliyyatçı/ Xəzinədar (Mingəçevir filialı)” başlığı ilə vakans[email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
