İT Sistem üzrə Administrator
Parabokt Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vakansiya haqqında

Şirkət: PARA BOKT
İdarə: İnformasiya Texnologiyaları
İş qrafiki: Standart 1-6 günlər
Son müraciət tarixi: 15.02.2021
Müqavilə müddəti: Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

*İT sistemlərini (Windows server, Virtual sistemlər, Linux ƏS) idarə etmək
*İT əməliyyatlar strategiyasını dəstəkləmək
*Windows və UNİX əsaslı sistemlərin problemlərini aşkar edərək aradan qaldırmaq və bu sistemləri bərpa etmək
*Vendor və provayderlərlə əməkdaşlıq etmək və müqavilələri idarə etmək
*İT əməliyyatları üzrə məhsulları,xidmətləri,prosesləri optimallaşdırmaq
*İT sistemləri üzrə əməliyyatların fəaliyyət statusunu operativ olaraq dəstəkləmək və gücləndirmək
*İT təhlükəsizlik siyasət və təlimatlarına əməl etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil (İnformasiya Texnologiyları üzrə üstünlük hesab olunur)
*İnformasiya Texnologiyaları sahəsində ən azı 2 illik iş təcrübəsi

 

Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq

CV-də şəkilin olması mütləqdir

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “İT Sistem üzrə Administrator

başlığı ilə [email protected] [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

Tələblər

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Microsoft (MCP,MCSA), Red Hat (RHCSA,RHCE) üzrə sertifikatlar üstünlük hesab olunur

*MS Active Directory, MS Exchange 2003/2010/2013, Windows 2003/2008/2012/2016 üzrə biliklər

*Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq
*Dəyişikliklərin və buraxılışların idarə edilməsi təcrübəyə malik olmaq
*Linux (RHEL, Oracle Linux, Suse), Solaris, BSD üzrə biliklər
*Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliyə malik olmaq
*İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture) üzrə biliyə sahib olmaq
*Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi

Ümumi məlumat
Əlavə edilib: 28-01-2021
Əmək haqqı: 800 - azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı