İT üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Recruitment Solutions” MMC şirkəti namizədləri “İt üzrə mütəxəssis” vəzifəsinə full time olaraq müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İş haqqında:

Biz müəssisələrin internet üzərindəki mövcudluğunu qeyd etmələrinə kömək edirik və iş ehtiyaclarına görə xərcləri azaldaraq müəssisələrə əhəmiyyətli bir dəyər qatırıq. Veblə əlaqəli bütün xidmətləri təklif edirik. Dünyanın hər yerindən hər növ İT tapşırıqları, veb dizaynerlər, qrafika dizaynerləri, tərcüməçilər, transkripsiya yazanlar, məzmun yazarları üçün bir komandamız var, bu da sizə işləri ən sürətli və ən qənaətcil şəkildə çatdıracağımız deməkdir.

Tələblər

Namizəd üçün tələblər:

- Təhsil : Ali

- Yaş : Fərgi yoxdur

- Cins : Fərgi yoxdur

- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), şəbəkə bilikləri, əməliyyat sistemləri (yüksək səviyyədə)

- Komandada işləmək bacarığı, məsuliyyət, sərbəstlik və özünü inkişaf etdirməyə meylli

- Təşkilatçılıq bacarığı önəmlidir

- İş təcrübəsi bu sahə üzrə 1 ildən 3 ilədək (SENİOR SPECİALİST)

İş şəraiti:

- AR Məcəlləsinə əsasən sənədləşmə;

- Həftədə 5 iş günü 09:00 - 18:00;

- Əmək haqqı müsahibə əsasında, razılaşma ilə

Vəzifə öhdəlikləri:

- Freelance İt mütəxəssislərinin seçilməsi və onlara nəzarət

- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;

- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli

- Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq

- Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması

- Ofisdə yerləşən texniki vasitələrin, və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək

- Ofisin işçilərinə iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərmək

Siz electron poçtun “Mövzu” yerinə “İT üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: +994774041064

Unvan: Gənclik, Köroğlu Rəhimov küçəsi 13, Odlar Yurdu Universitetin yanı

Ümumi məlumat
Əlavə edilib: 07-07-2021
Əmək haqqı: 700 - 800 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı