İnternet Bankçılıq üzrə Məhsul Meneceri
Rabitəbank ASC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Rabitəbankın İnternet Bankçılıq məhsulu üzrə təkmillməşdirilmələrin aparılması üçün daxili və kənar dizaynerlərlə, programçılarla, biznes prosesləri və s. kimi struktur və şəxslər sıx işləmək və internet bankçılıq məhsulunun inkişaf etdirilməsinə tam cavabdehlik daşımaq;

- Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;

- Məhsullara uyğun testləri həyata keçirilmək, nəticələrin təhlili və monitorinqini aparılmaq;

- Məhsulun satışının həyata keçirilməsi üçün uyğun strukturlarla mütəmadi əməkdaşlıq və birgə fəaliyyət göstərmək;

- Rəqəmsal məhsullun kontent və mövqeləndirmə işinin marketing departamentinin uyğun şöbə və şəxsləri ilə koordinasiya etmək;

- Sahəyə uyğun olaraq iş planı, strateji baxış tapşırıqları, KPİ-ların icra edilməsini təmin etmək və bunun üçün uyğun strukturlarla əməkdaşlıq etmək;

- İnternet Bankçılıq məhsulu ilə bağlı olaraq hesabatlığın hazırlanması, mütəmadi şəkildə aparılması, hesabatlardan yola çıxaraq biznes strukturlarına tövsiyyələr vermək;

- Marketinq departamentin fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

- Marketinq departamentinin icra etdiyi iş sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər

- İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsilin olması;

- Marketinq və ya məhsul inkişafı sahəsində ən az 3 – illik iş təcrübəsinin olması;

- MS Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;

- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;

- Komandada və fərdi işləmək qabiliyyətinin olması;

- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu “İnternet Bankçılıq-Menecer” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ümumi məlumat
Əlavə edilib: 28-08-2020
Əmək haqqı: 1500 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: career@rabitabank.com
CV göndərmək

Vakansiya axtarışı