İnsan Resursları üzrə mütəxəssis
Kaspi Təhsil Şirkəti Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;

İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;

Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;

E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;

Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;

Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);

Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);

Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.

Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;

Şirkətin SƏTƏM fəaliyyətinin icrasına nəzarət edir;

Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;

İşçilərin həvəsləndirilməsi üçün maddi və qeyri-maddi inkişaf tədbirləri tərtib edir və tətbiqinə
nəzarət edir.

Tələblər

Ali təhsil;

Sahə üzrə 1-3 il iş təcrübəsi;

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;

İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;

İşəqəbul prosesinin əsas qaydalarını bilməli;

Azərbaycan və ingilis dilində səlis danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);

Ümumi məlumat
Əlavə edilib: 28-07-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı